Müğənni Günay İbrahimli “Onlar” verilişinə açıqlamasında libasının qiymətini söyləyib.
Axşam.az xəbər verir ki, geyim tərzini xeyli dəyişən Günay açıq-saçıq geyinməyə pis baxmadığını deyib:
“Əslində bu libas çox da açıq deyil. Aşırı dərəcədə kobud və cəzbedici görünmür. Müğənniyəm, bu geyimlərə normal baxıram. Qiymət demək istəmirəm. Paltarın bahalığı önəmli deyil. Əsas onun sənə yaraşmağıdır. Dəyəri 6-7 min manat arasıdır. Sırğamı isə anam hədiyyə edib, qızıldır”.