Milyonçu şahzadəyə görə ailəsindən ayrıldı

Milyonçu şahzadəyə görə ailəsindən ayrıldı
1859 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl dünya mediası kral ailəsində növbəti toyun olacağı ilə bağlı xəbər yazıb. Belə ki, şahzadə Beatris yeni eşqə başlayıb.

Axşam.az xəbər verir ki, o, 34 yaşlı milyoner Edoard Mopelli Mossi ilə sevgili olub. Bundan əvvəl Edoard çinli aktrisa Daro Huanqla nişanlanıb. daro isə iki il əvvəl ona oğul övladı dünyaya gətirib.

Ailə Londonda yaşayıb, cütlük 3 ildir evlənməyi planlaşdırıe. Amma son günlər milyonçu bu fikrindən geri addım atıb.

Darinin atası "Daily Mail"ə müsahibəsində bildirib ki, ayrılığın səbəbkarı II Yelizavetanın nəvəsi olub. Huanq sevgilisinin yeni münasibəti haqda mediadan məlumat alıb.

"Qızım nə baş verdiyindən xəbərsiz idi. Rəfiqəsi ona məqaləni göndərib. Bilmirəm övladım bu problemlə necə mübarizə aparacaq. Şahzadənin nəvəsindən əvvəl onların ailəsində heç bir problem yox idi" deyə, qızın atası söyləyib.