"Muradla evlənməyə hazırlaşırsız" sualına Aslı belə cavab verdi

"Muradla evlənməyə hazırlaşırsız" sualına Aslı belə cavab verdi
3830 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murat Bozla münasibətlərinə qaldığı yerden davam edən aktrisa Aslı Enver dostlarından birininin nişanından çıxarkən görüntülənib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, çıxışda aktrisa jurnalistlərin suallarını da cavablandırıb.

O, "Muradla evlənmə xəbəriniz doğrudurmu" sualına "Çəkilişə tələsirəm. Şəxsi həyat həqda danışmamaq qərarı almışıq" deyib.

Qeyd edək ki, 2,5 illik bərabərlikdən sonra cütlük bu ilin aprelində ayrılıb. Onların ayrılmasına səbəb Muradın aktyor Eser Yenenlerlə birlikdə parti verməsi və qızlarla əylənməsi olmuşdu.

Ötən ay barışan Bozla Enver bir-birilərini İnstaqram hesabından izləməyə də başlayıb.