"Fuad yenidən evlənsə, çox sevinərəm" - Sevinc

"Fuad yenidən evlənsə, çox sevinərəm" - Sevinc
5123 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc aktrisa Sevinc Əliyeva şəxsi həyatından danışıb.

Axşam.az Yenicag-a istinadən xəbər verir ki,  aktrisa keçmiş həyat yoldaşı, rejissor Fuad Əlişovla münasibətlərinə aydınlıq gətirib. Rəsmən boşandığını deyən Sevinc onunla düşmən olmadığını bildirib:

"Münasibətlərimiz çox gözəldir. Uşaqlarımızın atası da var, anası da. Bir yerdə vaxt keçiririk. İstirahətimiz bir yerdə olur. Bizim münasibətimizin uşaqlara heç bir təsiri olmur. Ailə olaraq bir yerdəyik, sadəcə fərqli evlərdə yaşayırıq. Mənim Fuada və Fuadın mənə olan sonsuz hörməti min sevgidən artıqdır. Fuad yenidən evlənsə, çox sevinərəm. Təki, xoşbəxt olsun. Mənim yaxınlarım xoşbəxt olanda, mən də xoşbəxt oluram. İstəməyənin gözü çıxsın".

Qeyd edək ki, Sevinc 2007-2016-cı illərdə rejissor Fuad Əlişovun həyat yoldaşı olub. Onların bu evlilikdən 3 övladı var.