"Aygün Kazımovanı belə təqdim etməməliydilər" - Nura Suri

"Aygün Kazımovanı belə təqdim etməməliydilər" -  Nura Suri
4675 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bir məsələ məni narahat edir. Niyə biz türklərə göstərdiyimiz hörmətin, sayğının, dəyərin cavabını görmürük? Niyə bir millət və iki dövlət deyirik, amma bu, ancaq bizim üçün belədir?".
 
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. İfaçı "Altın kelebek" mükafatlandırma gecəsi ilə bağlı fikirlərini bölüşüb:

"Onların aktyorları, sənətçiləri, stilistləri Azərbaycanda hörmətlə qarşılanırlar, bizimkilər isə orada eyni münasibəti görmür. Aygün Kazımova Azərbaycanın divasıdır. Onu belə də təqdim etməli idilər. Təqdimatı isə onların hörmətli sənətçisi etməli idi. Səhnəyə bu yaxınlarda konsertində göstərdiyi şousu ilə çıxmalı idi. Türklər bu işə daha ciddi yanaşmalıdır. Kənan Doğulu da adi "O səs Türkiyə"yə gələn iştirakçılar kimi əlinə gitara alıb oxudu. Niyə də?".