Səbinə Mirzəyevanın kitabı xeyriyyə məqsədilə satışda – Fotolar

Səbinə Mirzəyevanın kitabı xeyriyyə məqsədilə satışda – Fotolar
1463 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin əvvəlində vaxtsız vəfat edən tanınmış ginekoloq  Səbinə Mirzəyevanın ölümündən qısa müddət əvvəl ərsəyə gətirdiyi kitabı "Libraff" mağazalar şəbəkəsində satışa çıxarılıb.

Axşam.az xəbər verir ki, "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının satışından əldə olunacaq vəsait xeyriyyə işlərinə sərf ediləcək.

Kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda, məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar.

Qeyd edək ki, dr. Səbinə Mirzəyeva bu il aprelin 3-də vəfat edib.