Cem Yılmazdan boşanıb modelliyə qayıtdı - fotolar

Cem Yılmazdan boşanıb modelliyə qayıtdı - fotolar
1747 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli şoumen Cem Yılmazdan boşanan Ahu Yağtu diqqətini işinə yönəldib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl modelliyə son qoyan Ahu sənətinə geri dönüb.

Sənətçi "Auvintage" dərgisinin yeni kampaniyasının siması seçilib. Kampaniya üçün 1970-ci illərin dəbinə uyğun geyinərək kamera qarşısına keçən Yağtu fotoların bir neçəsini pərəstişkarları ilə paylaşıb.

Qeyd edək ki, C. Yılmaz və A. Yağtu dekabrın 31-də boşanıb. Onların Kamal adlı oğlu var.