Aktrisa musiqiçiyə ərə gedir

Aktrisa musiqiçiyə ərə gedir
701 dəfə oxunub
  • A-
  • A
  • A+

29 yaşlı Dakota Conson Kris Martinə ərə getməyə hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük nişanlanıb. Münasibətini mediadan gizlətməyə çalışan aktrisa və Kris nişan xəbərinin də yayılmasına qarşı çıxıb.

Bu yaxınlarda hamilə olması ilə bağlı xəbər yayılan Dakota medianın toyla bağlı suallarını cavabsız qoyub.

"Coldplay" qrupunun solisti aktrisanı hər kəsə nişanlısı kimi təqdim edir. Musiqiçi nişanlısını övladları ilə də tanış edib.

Qeyd edək ki, Krisin keçmiş arvadı Qvinet Peltrouda bu yaxınlarda ərə gedib. O, bred Felçaka ərə gedib.