"Şou-biznesdə saqqalı mən dəb saldım" - Kərim

"Şou-biznesdə saqqalı mən dəb saldım" -  Kərim
543 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov yenə də iddialı açıqlaması ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Hüseynova bacıları" verilişində deyib ki, şou-biznesdə saqqalı o, dəb salıb. Kərim "Saqqalın Niyam Salamininkinə oxşayır" sualına əsəbiləşib:

"Azərbaycan şou-biznesində ilk saqqallı müğənni mən olmuşam. Saqqalı mən gətirmişəm. Niyam Salami dostumdur, amma reallıq var. Əvvəl efirə saqqalla çıxmaq qəbul edilmirdi. Evdə nə qədər atamla davam olurdu. Deyirdi, get saqqalını qırx. Deyirdim, axı mənə yaraşmır".