Tünzalə ən böyük arzusunu açıqladı

Tünzalə ən böyük arzusunu açıqladı
1806 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva ən böyük arzusunu açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Show news" verilişinə açıqlamasında albom hazırlayıb, turneyə çıxmaq istədiyini deyib:

"Tez-tez konsert vermək olmaz. Müğənni albom çıxaranda şəhər-şəhər gəzib, onu təqdim etməlidir. Albom yaradıb, tura getməlidir. Bizdə regionlarla sənətçinin təması konsert səviyyəsində deyil. Öz ölkəmdə turlar edib, bütün bölgələri gəzmək istəyirəm. Arzum budur ki, xarici ölkələrə turneyə çıxım".

Tünzalə həmkarlarını məclislərdən uzaqlaşıb, albom hazırlamağa çağırıb:

"Toylara, tədbirlərə qatılırıq. Mən də müxtəlif ölkələrdə ansamblımla dəvət alıb, çıxış edirəm. Amma könlüm bunu yox, albom edib gəzmək istəyir. Zirvəyə qalxmaq istəyən müğənninin öz stili olmalıdır".