"Roza Zərgərli ilə eyni oyuna heç vaxt gəlmərəm"

"Roza Zərgərli ilə eyni oyuna heç vaxt gəlmərəm"
1890 dəfə oxunub
  • A-
  • A
  • A+
"Maşın" realiti-şousunun 17-ci buraxılışı ötən gün start götürüb.

Axşam.az-ın məlumatına görə, açılış mərasimində bu günə kimi oyuna qatılan iştirakçılar yer alıblar. Onlardan biri də müğənni Xatun Əliyeva olub. İfaçı aparıcı, xalq artisti Murad Dadaşov Xatundan oyunla bağlı fikirlərini soruşub.

Sənətçinin açıqlaması isə hər kəsi təəccübləndirib. Belə ki, Xatun ötən şounun qalibi müğənni Roza Zərgərliyə söz atıb.

İfaçı "Roza Zərgərli ilə eyni oyuna heç vaxt gəlmərəm. Mən ondan qorxuram" sözlərini deyib.

Foto: İlqam CƏBİYEV