Faiq Ağayev: “Bunu Aygünlə müzakirə etməliyik” – fotolar

Faiq Ağayev: “Bunu Aygünlə müzakirə etməliyik” – fotolar
1956 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə ifa edəcəyi duetdən söz açıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni mahnının bəstəkarı Elçin Cəfərovun işinə güvəndiyini deyib:

“Elçinin ifa etdiyi mahnılardan xoşum gəlir, ona görə də seçimimiz o oldu. Gələcəkdə onun bəstəsi olacaq mahnını solo ifa etməyim də istisna olunmur. Əgər o mənim üçün bəstə yazırsa, demək bir ifaçı kimi məni hiss edir. Klipə gəldikdə isə, bunu Aygün Kazımova ilə birlikdə oturub müzakirə etməliyik”.

“Növbədə İlhamə Quliyeva ilə duet gözlənilmir” sualına F. Ağayev belə cavab verib:

“İlhamə xanım ailəsi ilə birlikdə köhnə yeni ili qeyd edirdi. Gedib görüşdüm, onu öpüb bağrıma basdım. İlhamə xanım böyük sənətkardır. Kim onunla duet oxumaq istəməz ki? Amma hələlik belə bir plan yoxdur”.

Foto: Rəşad ABBASOV