"Yalan danışdın və dığırlana-dığırlana getdin" - Qalmaqal bitmir

"Yalan danışdın və dığırlana-dığırlana getdin" -  Qalmaqal bitmir
2526 dəfə oxunub
  • A-
  • A
  • A+
"Oktay müsahibə verib. Sən heç kişiliyin nə olduğunu bilirsən, ay nadan?".
 
Axşam.az-ın məlumatına görə, bu sözlər aparıcı Sərxan Kərəmoğlunun İnstaqram səhifəsində yazılıb. "Maşın" şouda meyxanaçı Oktay Kamillə qalmaqal yaşayan Sərxan onun ünvanına tənqidlər səsləndirib:

"Sənin kimilər kişiliyi narkoman olmaqda və ona-buna söz atmaqda görürsə, demək kişilik deyil. O kişilik səndə qalsın. Sərxan kimisinə o kişilik lazım deyil. Səninkimilər mədəniyyətə yox, tərbiyəsizliyə qulluq edir. Sərxan çıxar və sənə göstərər kişilik necə olur. 

Kişi yalan danışmaz, sən yalan danışdın və dığırlana-dığırlana getdin. Səninlər yazdığın təhqirlərə görə məhkəmədə görüşərik. Sən, Sərxanın atılan dırnağı ola bilməzsən".