"Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını azaldıb"

"Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını azaldıb"
3336 dəfə oxunub
  • A-
  • A
  • A+
"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı əkizlər Sevil və Sevinc Səfərova olub.

Axşam.az-ın məlumatına görə, bacılar rubrikanın aparıcısı Ruslan Ağayevin 33 sualını cavablandırıblar. Onlar "Hansı güclüdür, ilk, yoxsa son məhəbbət? Hansı həmkarın haqda şayiə buraxmısan? Borc alıb, qaytarmadığın olub?" suallarına belə cavab veriblər:

"Etmişik reytinqə görə. Qanunu dəfələrlə pozmuşuq. O qədər borc alıb, qaytarmamışıq. Cavabsız sevgimiz də çox olub. Xatirə İslamdan üzr də istəmişik. Sevgilimiz bizi səhv salıb".

"Şou-biznesin hansı üzvü yaşını azaldıb" sualına isə müğənnilər "Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını azaldıb" cavabını veriblər.