"Mətanət İsgəndərli məni harda görür pul verir" - Elza

"Mətanət İsgəndərli məni harda görür pul verir" -  Elza
2402 dəfə oxunub
  • A-
  • A
  • A+

"Söz atır ki, reklam olunsun gündəmə gəlsin. Mən onları eşitmirəm və baxmıram. Mənim sözüm niyə aləmə car çəkir? Ona görə ki, həqiqəti danışıram. Yaradıcılığım da, geyimim də həqiqətdir".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan xalq artisti Nazpəri Dostəliyevanın ünvanına deyib. "ATV maqazin onlarla" verilişinə açıqlama verən müğənni qarşı tərəfə sərt ismarış göndərib:

"Yalandan necə danışa bilərsən? Bir nəfər bilir ki, sən yalan deyirsən. Sonra bu adamın üzünə necə baxırsan? Efirdə ona cavabımı verəcəm. Çünki bu efirdir, bizə xalqımız baxır. Cavab verməsəm, xalq düşünər ki, bu elə belədir deyə cavab vermədi.

Bu insan "Elza" deyəndə gözləri yaşarır. Danışmağı bəzi müğənnilər kimi sonradan güzgü qarşısında durub öyrənməmişəm. Evə gedəndə hönkür-hönkür ağlayırlar. Çox yüksəkdə olduğum halda özümü aşağı gətirirəm. Sonra elə qaza basıram ki, gedirəm göyün 7-ci qatına. O adamın əli mənə çatmır.

Çox sadəyəm. Amma sadəlövh deyiləm. Mətanət İsgəndərli mənə çox pul verib indi də istəsəm, verər. Harda görür konvertdə pul verir". 

Seyidcahan "Azərbaycanın səsi" yarışmasında münsif kürsüsündə əyləşən İntiqam Kərimovu da tənqid edib: 

"Mənə "ə" deyir. Adımı da "Yelza" çağırır. Sonra da deyir ki, gəl mənim tələbələrim kimi oxu. Bilim ki, sən yaxşı müəllimsən, gəlim tələbələrindən öyrənim. Reklamlarda nələr baş verdi. Qarşı tərəf nələr dedi. İnsanlar var ki, 60 ildə sənətdə heç nə etməyib. Təhqir etmə ki, təhqir olunmayasan. Tələbələrini misal çəkir, qadına "ə" deyir.

Nazpəriyə “Qadasın aldığım” vermişəm. Oxusun da. Gözəl oxuyub razı qalmışam. Bunu necə gizlədim?

Həyat davam edir.  Bilmirik ki, başımıza nə gələcək. Elə adamlar var ki küsürəm, sonra barışıram. Onlarla barışmağa dəyər. Amma elələri də var ki, heç küsmürəm də. Dəymir. Niyə küsüm ki, sonradan barışım".