"Xatirə İslam çox aqressivdir" - Dilarədən qalmaqallı sözlər

"Xatirə İslam çox aqressivdir" - Dilarədən qalmaqallı sözlər
2939 dəfə oxunub
  • A-
  • A
  • A+
"Məlahət Abbasova heç də az iş görməyib. O, Türkiyədə sayılıb-seçilən teatrda işləyir. Bir çox məşhur Azərbaycan əsərlərini tamaşaya qoyub. Seriallar var ki, orada çəkilib".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Dilarə Əliyeva "Səhər-səhər" verilişində deyib. Aktrisa Məlahət Abbasova ilə müğənni Xatirə İslam arasındakı qalmaqala münasibət bildirib.

D.Əliyeva bildirib ki, Xatirə Məlahətə sərt sözlər dediyini bildirib:

"Qulluqçunu da, şahzadəni də oynamışam. Yetər ki, mənim üçün orada material olsun. Qarşı tərəf mənim geyimimə tənqid səsləndirirsə, deməli səhvim var. Məlahət xanım yazsaydı ki, Dilarənin geyimini ona yaraşdırmıram, kaş geyinməsəydi. Onun dediyinə cavab verməyib, özümdə səhv axtaracaqdım. Demək, mənim geyimimdə ona toxunacaq nəsə var. Xatirə İslama hörmətim böyükdür, amma çox aqressivdir. Aktrisanın rolu süpürgəçi də ola bilər, birincidərəcəli də. O dərəcədə cavab vermək olmaz".

Qeyd edək ki, Xatirənin "Altın kelebek" mükafatlandırma gecəsinin konserti zamanı geyindiyi paltarı M.Abbasova pisləyib. Müğənni isə aktrisanın tənqidinə "Səni tanımıram. Süpürgəçi qadın rolunda çəkilmisən" deyərək, sərt cavab verib.