Qayınatası Elçinə ev hədiyyə edib?

Qayınatası Elçinə ev hədiyyə edib?
3173 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Cəfərov qayınatası, keçmiş millət vəkili Sabir Rüstəmxanlının ona ev hədiyyə etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, bu haqda "X maqazin"də danışansənətçi belə bir hadisənin yaşanmadığını deyib:

"Allah bütün böyüklərimizi qorusun: atamı da, qayınatamı da, anamı da, qayınanamı da. Belə bir şey yoxdur".

Elçin daha sonra avtomobillərini nümayiş etdirməyi sevmədiyini bildirib:

"Öz maşınlarımla şəkil çəkdirməyi sevmirəm. Neçə il əvvəl özümə ad günümdə avtomobil hədiyyə etmişdim. Onda şəkli çəkilib yayılmışdı. Maşınları göstərməyi xoşlamıram".

Qeyd edək ki, Elçin S.Rüstəmxanlının qızı Aydanla ailəlidir. Cütlüyün Can adlı oğlu var.