"10-cu sinifi bitirməmiş qızı ərə verirlər" - Əməkdar artist

"10-cu sinifi bitirməmiş qızı ərə verirlər" -  Əməkdar artist
1447 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mən 5-ci sinifdə oxuyanda müəllimimə vurulmuşdum. Evinə qədər çantasını da aparırdım. Bu uşaqlıq sevgisi idi".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməmkdar artist Çingiz Əhmədov ARB TV-nin “Pəncərə” proqramına açıqlamasında deyib. Aktyor erkən nikahlardan danışıb:

"O zamanlar hind filmləri maraqlı gəlirdi. Ordan sevgi gəlmişdi. Azyaşlıların evlənməsi də Bakı kəndlərində, rayonlarda olur. 10-cu sinifi bitirməmiş qızı ərə verirlər. Əsas odur ki, uşaq olduqdan sonra qayğıları çəkirlər. Onda biləcəklər ki, o nə deməkdir, hansı addımı atıblar".