Lüks həyat yaşayır, amma pul xərcləmir - Fotolar

Lüks həyat yaşayır, amma pul xərcləmir - Fotolar
3426 dəfə oxunub
  • A-
  • A
  • A+
İrlandiyalı döyüşçü Konor MakQreqar haqqında maraqlı fakt ortaya çıxıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, son olaraq dağıstanlı Həbib Nurməmmədova məğlub olan Konor eyni zamanda İnstaqramda paylaşdığı lüks həyat tərzi ilə də gündəmdədir.

O, bahalı geyimlər geyinməyi, ən son dəbdə olan avtomobil sürməyi, lüks məkanlarda yemək yeməyi çox sevir. lakin yaxın dostunun sözlərinə görə, 100 milyon sərvəti olan MakQreqar bütün bunlar üçün çox az, bəzən isə heç pul xərcləmir.

Məlum olub ki, idmançı bəyəndiyi geyimi geyinməyi, sahib olmaq istədiyi avtomobili sürməyi, yemək istəyi yeməyi reklam müqabilində pul alaraq edir. Yəni Konor özü deyil, firmalar ona bu fürsətlərdən istifadə etmək üçün pul xərcləyirlər. 

Yaxınlarının dediyə əsasən, dünyanın ən zəngin 15 idmançısından biri olan MakQreqar imkanlı olmasına baxmayaraq, qumara, içkiyə və digər pis vərdişlərə pul xərcləmir, sadə həyat tərzi sürür.