15 il əvvəlki həyatlarından danışıb ağladılar - Video

15 il əvvəlki həyatlarından danışıb ağladılar -  Video
3024 dəfə oxunub
  • A-
  • A
  • A+

"Maşın" realiti-şousunda iştirakçılar arasında sorğu keçirilib. Onlara oyunun yayıma başladığı 15 il əvvəl harda olduqları və nə etdikləri soruşulub.

Axşam.az-ın məlumatına görə, iştirakçılar cavab verərkən kövrək anlar yaşayıblar.

"Televizorda müğənnilərə baxırdım və səhnənin xəyalını qururdum. Çox əziyyətlə gəlmişəm bu günlərə" deyən, Mina Hüseyn göz yaşlarını saxlaya bilməyib. 

Xəyalə Quliyeva isə 15 il əvvəl "Çəkiram haa" verilişini hazırladığını söyləyib.

Allahverdi Yolçuyev isə ilk nəvəsinin dünyaya gəldiyini deyib: “Ən sevindiyim il olub. 15 il əvvəl ilk nəvəm dünyaya gəlib”.

Nazilə Səfərli də keçmişindən danışanda ağlayıb: “Həyat yoldaşımın maaşının azlığı işə başlamağa vadar etdi. Qonşudakı gəlinlərin "bir şirvan"a qaşlarını alırdım. Onunla uşaqlarımızı böyüdürdük”.