"Elə sizdən də iyrənirlər" - Tolikdən Elçinə sərt sözlər

"Elə sizdən də iyrənirlər" -  Tolikdən Elçinə sərt sözlər
3675 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Elçin Əlibəylinin müğənnilərlə bağlı dediyi təhqirlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, Tolik "Hər şey daxil" verilişində ad çəkmədən qarşı tərəfin ünvanına sərt sözlər deyib:

"Bir aparıcı var, adını deməyəcəm. İllərin aparıcısıdır, əslində, onu tanıyıram. Onunla salam-sağolumuz var. Bu gün onun İnstaqramda bir açıqlamasını gördüm. Müğənnilərə deyir ki, "O qədər toya gedib sırtıqlaşıblar ki ...". O "sırtıqlaşan" müğənniləri siz efirinizə çağırıb çəkməyin. Onsuz 100 proqram arasından verilişiniz 99-cu yerdə olmur. Müğənnilərə "sırtıqlar" deyib, qohumlarınızın toyunda o müğənniləri çağırtdırıb oxutdurursunuz, sonra da onları bəyənmirsiniz və özünüzü onlardan yaxşı bilirsiniz. Amma yaddan çıxarmısınız ki, başqa bir ölkədə o müğənnilər içki içdiyi yerdə öz xalqı tərəfindən tənqid olunur.

İçki içib, ağlını itirənlərdən fərqli olaraq, müğənnilərimizi alçaltmayın. Çünki o müğənnilər sizin efirə gəlməsə...

Əslində, özünə hörmət edən müğənni ora çıxmaz. Mənim də səhvlərim olur, amma sizin qədər yox. Hələ Azərbaycanda sizin qədər qınağa çevrilməmişəm, camaat məni görəndə nələrsə demir. Müğənniləri "sırtıq" adlandırıb, onlardan iyrənirsinizsə, elə sizdən də iyrənən var".