Məşhur aparıcı övladını itirdi

Məşhur aparıcı övladını itirdi
2191 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı və yazıçı Ece Vahapoğlundan pis xəbər gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ece uşağını itirib. Ötən həftə hamilə olduğunu açıqlayan aparıcı bu sevinci uzun yaşaya bilməyib.

Xəbəri İnstaqramda paylaşan Ece "Təbiətin verdiyi hədiyyələrə sevinmək qədər, aldıqlarına pis olmaq da həyatımızın bir parçasıdır. Bizi sevindirən kiçik nəbiz artıq döyünmür. Çox pis olsaq da, qəbul etməliyik. Külə çevrildinsə, yenidən gülə çevrilməyi gözlə" sözlərini yazıb.

Qeyd edək ki, Ece iş adamı Cihan Alpay ilə iyunda nikah masasına oturub.