37 yaşlı qadın 42 övlad dünyaya gətirib - Fotolar

37 yaşlı qadın 42 övlad dünyaya gətirib - Fotolar
2596 dəfə oxunub
  • A-
  • A
  • A+

Uqandanın Kambirbiri kəndində yaşayan Marian Nabatanzi çox uşaq doğurduğuna görə dünya gündəminə oturub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 afrikalı qadın bu günədək 42 övlad dünyaya gətirib. 4 uşağı vəfat edən Marianın hazırda 38 övladı var. 

Nabatanzinin ilk uşağı 12 yaşında dünyaya gəlib. Hazırda qadının ən balaca övladı 1 yaşında, böyüyü isə 26 yaşındadır.

Nabatanzi uşaqlarının 6-sı əkiz, 4-ü üçəm, 3-ü dördlük və 2-sini tək dünyaya gətirib.

10-u qız, 28-i oğlan olan uşaqların atası bir nəfərdir. Lakin ata ötən il evi tərk edib və Marian şəfalı otlar sataraq övladlarını dolandırır.