"Övladımın yanına gedirəm" dedi və "Maşın"sız qaldı

"Övladımın yanına gedirəm" dedi və "Maşın"sız qaldı
6364 dəfə oxunub
  • A-
  • A
  • A+
"Maşın şou"nun daha bir buraxılışı yayımlanıb.

Axşam.az xəbər verir ki, 14 iştirakçının olduğu şouda bu gün səsverməyə aktrisa Nərgiz Əliyeva çıxıb.

O, səs toplayacağı təqdirdə oyundan şairə Nazilə Səfərlini çıxaracağını deyib. Proqramın sonunda 45,90 faiz səs toplayan aktrisa özü verilişdən getməli olub. O, təəssüflənmədiyini və övladının yanına getdiyini bildirib.

Qeyd edək ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şərifov, Taleh Yüzbəyov davam etdirir.