Cey Lo haqda bilmədiyiniz 5 fakt - Anası qumarbazdır

Cey Lo haqda bilmədiyiniz 5 fakt - Anası qumarbazdır
3900 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici mediaya istinadən müğənni Cennifer Lopez haqda bilmədiyiniz 5 faktı sadalayır:

1. Lopez səhnəyə ilk dəfə rəqqas kimi çıxıb. O, Canet Caksonun rəqs qrupunda işləyib. Lakin sonradan qrupdan ayrılaraq öz işinə başlayıb.



2. 2000-ci ildə "Qremmi" mükafatlandırma mərasiminə geyindiyi bu yaşıl şifon paltarla xeyli diqqət çəkib və "Google"da minlərlə insan bu geyimə görə Cey Lonu axtarışa verib. Libas "Versace" firmasına məxsus olub.



3. 2002-ci ildə ilk dəfə "Glow by JLo" adlı ətirini satışa çıxardı. 40 milyondan çox satılan ətir sayəsində ifaçı inanılmaz pul qazanıb. Ondan sonra Cennifer daha 17 ətirini satışa çıxarıb və onlardan milyonlar qazanıb.



4. Sənətçi bu yaxınlarda müsahibələrindən birində anasının qumarbaz olduğunu deyib. O, anasının yaxşı oynadığını və hətta sonuncu dəfə 2,4 milyon dollr qazandığını bildirib.



5. Lopezi baldırlarına görə Kim Kardaşyana bənzədirlər. Lakin onların başqa oxşar cəhətləti var. Heç biri içki qəbul etmir və ideal bədən quruluşlarına səbəblərdən biri də elə budur.