"Məndə hər şey qaydasındadır" - Elnarədən tənqidlərə cavab

"Məndə hər şey qaydasındadır" -  Elnarədən tənqidlərə cavab
1337 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova tez-tez saç düzümünü dəyişməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində deyib ki, depressiyada deyil və tez-tez dəyişməyi sevir:

"Məndə hər şey qaydasındadır. Dəyişkənliyi sevirəm. Eyni saç düzümündə qalmıram. Səhnə adamıyam. Məncə sənət adamları tamaşaçı qarşısına dəyişik çıxmalıdır.

Hamı məni sevə bilməz. İnsanların sayı qədər fikir müxtəlifliyi var. Deyilənlərlə artıq barışmışam".