"Bəlkə də bu sözlərimi efirdə kəsəcəklər..." - Xatirə gileyləndi

"Bəlkə də bu sözlərimi efirdə kəsəcəklər..." -  Xatirə gileyləndi
2804 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bəlkə bu sözlərimi efirə verməyəcəklər, televiziya işçilərinin xoşuna gəlməyəcək, montaj edəcəklər. Amma bu məqama toxunmaq istəyirəm. Televiziya proqramlarında ciddi sənətlə məşğul olmayanlar çoxdur".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam "Ən yaxşısı" verilişində deyib. Sənətçi verilişlərə dəvət olunan qeyri-peşəkar musiqiçilərdən gileylənib:

"Oxuya bilməyəni əvvəl çətin efirə buraxardılar. Bir yerdə 10 sənəti olan olurdusa, 11-ci ancaq zəif ola bilərdi. Amma indi baxıram ki, efirə çıxırlar, məsləhtlər verirlər. Onların musiqi savadı, müəllimləri yoxdur. Amma sərbəst efirə çıxırlar. Baxıram ki, televizorda bir qız oxuyur, deyirəm, bu kimdi? Baxıram ki, İnstaqramda oxuyur, tanınır. Ona aparıcılar yaxşı münasibət də bəsləyirlər. Biz o vaxt görürdük ki, eləsini aparıcı vurardı, cırmaqlaya-cırmaqlaya irəli gedirdik. Toylara da onları dəvət edirdilər. Bir-iki klip çəkib, özlərini musiqiçi sayırlar. Get-gedə pisləşir hər şey".