"Samir iş bilmir" - Niyam

"Samir iş bilmir" -  Niyam
843 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Niyam Salami bir vaxtlar iş ortağı olan həmkarı Samir Piriyevdən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Zaurla Günaydın" verilişində biznesin alınmamasında Samiri günahlandırıb:

"Samir yaxşı oğlandır. Amma heç kimin xətrinə dəyməsin. İş görmək istəyirsənsə, bacarığa bax. İş başqa şeydir, yaxşı oğlan başqa... Gərək biləsən ki, bu işi görənin ondan başı çıxır, ya yox. Samir restoran işini bilmirdi. Ona görə də yarımçıq qaldı.

Pərdə arxasında o qədər söhbətlər var ki... Onları efirə gətirmək lazım deyil".

Qeyd edək ki, Samirlə Niyam Bodrumda restoran açıb, amma bir müddət sonra məkan bağlanıb. İfaçılar işin yolunda getməməsində bir-birini günahlandırıb.