Böyük fotosessiyada gündəm olan yeganə şəkil

Böyük fotosessiyada gündəm olan yeganə şəkil
2801 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin aprelində ilk övladını dünyaya gətirən 40 yaşlı Reyçel Makadams fotosessiyası ilə səs-küy yaradıb.

Axşam.az-ın məlumatına görə, aktrisa "Girls.Girls.Girls Magazine" dərgisi üçün şəkillər çəkdirən zaman analığını da nümayiş etdirmək qərarına gəlib. 

Fotoqraf kler Rotşteyn fərqli imic yaradaraq, aktrisanın şəklini gündəm etməyi bacarıb. Fotoda reyçel hər iki süd vəzisini açıq qoyub və onlara südçəkən aparat taxıb. "Şəkli aktrisa ana olandan 5 ay sonra lentə almışıq. Çox maraqlı alınıb. Həmin ərəfədə o, hələ övladına süd verirdi. Fasilə zamanı o, süd vəzisindəki südü çəkməyə çalışırdı. Həmin an bu ideyanı düşündüm və şəkli çəkdim. Elə ən partlayan foto da bu oldu" deyə, fotoqraf bildirib.