11 ildir qanlı bıçaq olduğu həmkarı ilə barışdı - Fotolar

11 ildir qanlı bıçaq olduğu həmkarı ilə barışdı - Fotolar
2277 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Demet Akalın izləyicilərinə xoş xəbər verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, 2007-ci ildən qanlı bıçaq olduğu həmkarı Hande Yenerlə barışdığını bildirib.

Demet Hande ilə çəkilmiş şəklini hesabında yerləşdirərək yazıb:

"Neqativ yox, pozitiv var".

Bundan başqa, ifaçı verilişlərdən birinə müsahibə verərək məlumatı təsdiqləyib və Yenerin açıqlamasından sonra onunla barışdığını qeyd edib:

"Üz-üzə gəlmədik, mən məhkəmədən ərizlərimi geri götürdüm, ortaq bir nəticəyə gəldik. Sonra onun bir reportajını izlədim. Danışdıqları xoşuma gəldi. O dedi ki, aramızdakı neqativ gedib".

Akalın onu da əlavə edib ki, Hande ilə daha əvvəl barışsa idi, "Altın kelebek" mükafatlandırma mərasimində səhnəyə onunla əl-ələ çıxar və Aleyna Tilkiyə bərabər mükafat verərdilər.