Məşhurlar "Gülüm" üçün onu tək qoymadılar - Fotolar

Məşhurlar "Gülüm" üçün onu tək qoymadılar -  Fotolar
1714 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Nail Naiboğlunun "Gülüm" adlı yubiley konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, rejissor tədbiri bir il əvvəl dünyasını dəyişən həyat yoldaşına həsr edib. Gecənin aparıcılığı Vüsalə Səid və Tural Əhmədə həvalə olunub.

Rejissorluğunu Aqil M.Quliyevin etdiyi tədbirdə səhnəyə ilk olaraq aktyorlar çıxıb və qısa tamaşa nümayiş etdiriblər. Tamaşanın ssenarisində Nailin ailə həyatı, dünyasını dəyişən həyat yoldaşı əks edilib. 

Nail Naiboğlu övladları ilə birlikdə səhnəyə gələrək konsertdən danışıb və qonaqlara təşəkkürünü bildirib:

"Gülüm dünyasını dəyişəndən sonra mənim üçün hər şey daha ağır oldu. Amma bacardığım qədər onun ruhunu şad etməyə çalışacam. Sənətimdə mənə hər zaman dəstək olub. Bütün günü zəng vurub işimlə maraqlanırdı. İndi mən yalnız iki övladım üçün yaşayıram. Konsert zamanı dəvət etdiyim və sözümü yerə salmayan bütün sənət adamlarına təşəkkür edirəm".

Foto: İlqam CƏBİYEV