Murad Bozun 3 saatlıq konsertində nələr baş verdi? - Fotolar

Murad Bozun 3 saatlıq konsertində nələr baş verdi? -  Fotolar
3517 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Murad Boz Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçı "Bakı konqres mərkəzində" konsert proqramı ilə çıxış edib. Aparıcılığını Cavid Gülün etdiyi gecədə ilk olaraq "O səs Türkiyə" yarışmasından kadrlar nümayiş etdirilib.

Daha sonra səhnəyə çıxan Murad bir-birinin ardınca mahnılarını səsləndirib. Sevilən mahnılarını canlı səsləndirən Boz 3 saatdan artıq səhnədə qalıb.

Tamaşaçılarla söhbət edən sənətçi "Sizə qurban olum. Burada özümü yad hiss etmirəm" deyib.

Sonda müğənni Murad adlı oğlanı səhnəyə dəvət edib və onunla "Adını yazdım" adlı mahnını duet şəklində səsləndirib. Boz Muradı Türkiyəyə aparacağına söz verib.

Foto: İlqam CƏBİYEV