"Elə bilirlər ki, ömrüm boyu pəhriz saxlamışam"

"Elə bilirlər ki, ömrüm boyu pəhriz saxlamışam"
3695 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Nərgiz Cəlilova qidalanması ilə bağlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə,“Formaggio” jurnalının qonağı olan aparıcı Azərbaycan mətbəxini, xüsusilə də badımcan-pomidor dolmasını çox sevdiyini deyib. N.Cəlilova fəsildən asılı olmayaraq, həftədə ən azı 1 dəfə bu yeməyi mütləq yeməlidir:

“Bəlkə də hamı düşünür ki, mən ömrüm boyu pəhriz saxlamışam. Əslində bu heç də belə deyil. Gündə 3 dəfə yemək yeyirəm.Hətta acanda saatın neçə olduğunu dəqiq bilirəm. Özü də çörəksiz əlimi süfrəyə uzatmaram. Çörək olmayanda istədiyim dadı ala bilmirəm. Mənim masamda quru meyvələr və şokolad mütləq olmalıdır”.

Yeri gəlmişkən qeyd edək ki, Nərgiz Cəlilova evdə yemək bişirmir. O bunu vaxt azlığı ilə əsaslandırıb:

“Mən evdə tək yaşayıram. Bu üzdən də soyuducum o qədər dolu olmur: pendir, qatıq, xama... mənim bəsimdir. Vaxt tapanda da uzaqbaşı özümə yumurta-pomidor bişirərəm”.