Rusiya transseksual ifaçıya görə "Eurovision"dan imtina edə bilər

Rusiya transseksual ifaçıya görə "Eurovision"dan imtina edə bilər
4048 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya "Eurovision" mahnı müsabiqəsindən imtina edə bilər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb yarışmada transseksual ifaçının iştirak etməsidir.

Belə ki, Avstriyanı "Eurovision-2014"də təmsil edəcək Konçita Vurst səhnəyə qadın paltarı ilə, saqqallı halda çıxacaq. Rusiyanın insan hüquqları müdafiəçiləri bu səbəbdən ölkənin müsabiqəyə qatılmasını istəmir. Onlar Konçitanın uşaqların psixologiyasına mənfi təsir edəcəyini düşünür.

25 yaşlı K. Vurst daha əvvəl 2 dəfə seçim turlarına qatılsa da, "Eurovision"a qatılmaq şansı əldə edə bilməyib.

Qeyd edək ki, daha əvvəl Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq, Andorra, Bolqarıstan, Bosniya və Hersoqovina, Türkiyə də müsabiqədən imtina edib.