Şumaxer bir milyardlıq sərvətini ailəsinə vəsiyyət etdi

Şumaxer bir milyardlıq sərvətini ailəsinə vəsiyyət etdi
2236 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış atvopilot Mihael Şumaxerin vəsiyyəti məlum olub.

Axşam.az xəbər verir ki, iki həftədir koma vəziyyətində olan 45 yaşlı idmançı bütün varidatını ailəsinə vəsiyyət edib.

Onun, təxminən, 1 milyard dollar dəyərində qiymətləndirilən sərvətinin xanımı, 16 yaşlı qızı və 14 yaşlı oğlu üçün bərabər bölünməsi nəzərdə tutulub. Şumaxer vəsiyyətnaməsini 2010-cu ildə, 3 illik fasilədən sonra yenidən "Formula-1" yarışlarına qayıtdıqda yazıb.

Qeyd edək ki, yeddiqat dünya çempionu Fransada, Alp dağlarında yerləşən qış kurortunda xizək sürərkən yıxılıb. Başından ağır zədə alan və helikopterlə xəstəxanaya çatdırılan M. Şumaxer komaya düşüb.