Məşhur modelin oğlu həbs edildi

Məşhur modelin oğlu həbs edildi
841 dəfə oxunub
  • A-
  • A
  • A+

Sindi Krouford və Rendi Gerberin 19 yaşlı oğlu Presli Gerber polis tərəfindən saxlanılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun həbs edilməsinə səbəb qaydasız maşın idarə etməsi olub.

Beverli-Hillzdə həbs edilən oğlan sürət həddini aşıb. Eyni zamanda Presli spirtli içki içib, qanında a spirt tapılıb. Amerika qanunlarına görə, 21 yaşı tamam olmayan şəxs spirtli içkidən istifadə edə bilməz. 

Onu bir il sürücülük vəsiqəsindən məhrum etmə cəzası gözləsə də, polis bunu etməyib. sindi oğlunun bu hərəkətinə ciddi yanaşıb, onun psixologiyasını pozacaq bir cəza almamasına çalışır.