Xanımların ən çox üzləşdiyi problem səpgilərdir.

Axşam.az xarici mediaya istinadən səpgi probleminizin həll olmasında sizə kömək edəcək maska təqdim edir:

Bir çay qaşığı darçının üstünə 5-6 damcı limon suyu əlavə edərək qarışdırın (həssas dəriyə sahib olan xanımlar limon damcısının çox olmamasına diqqət etməlidir. Əks halda dərini yandıra bilər).

Darçını səpgilərin üzərinə yapışacaq qədər sürtün. 20 dəqiqə gözlədikdən sonra darçını ilk öncə masaj edər kimi ovub tökün, daha sonra isə ilıq su ilə yuyun.

Maskanı sadəcə səpgili hissələrə sürtün, bütün dərinizə yox.

Yuduqdan sonra qızartı olması sizi qorxutmasın. Bu normaldır. Bir müddət sonra keçir. Bu maskanı hər gün edib dərinizi qurutmayın. Bunu 2 və ya 3 gündən bir edə bilərsiniz.



loading...


                 

Digər