Müğənnilərin arxiv fotosunu yaydı

Müğənnilərin arxiv fotosunu yaydı
2437 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səidə Sultan şou-biznes nümayəndələrinin arxiv fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin şəkilləri arasında xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Samir Cavadzadə, Elnur Məmmədov, natavan Həbibi yer alıblar.

Səidə paylaşımına "Çox insan köhnə şəkillərinə baxmağı xoşlamır. Bu fotolar köhnə olsa da, ən gözəl, səmimi günləri xatırladır. Sənətə gəldiyim ilk illərdə estrada da peşəkar ifaçılarla yollarımın kəsişməsi çox gözəl" sözlərini yazıb. 

Onun paylaşımına sənət adamları da biganə qalmayıblar. Elnur kövrəldiyini, Natavan köhnə illərə qayıtdığını, Samir isə gözəl günlər olduğunu qeyd edib.