ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni cütlüklər Təranə Qumral və Musa Musayev olub.

Axşam.az-ın məlumatına görə, Taranə yoldaşının ağ saçlarını sevdiyini deyib:

“Yaş özünü kişidə də, qadında da göstərir. Bilirik ki, 35 yaşdan sonra saç yavaş-yavaş ağarmağa balayır. Kimi saç boyasını qoyub, ağların üstünü basdırır. Mən Musanın ağ tellərini sevirəm”.

Musa isə “Uşaqlıq arzu idi: hər zaman ağsaqqal, məndən böyük insanlara baxanda deyirdim ki, kaş böyüyüb, yaşa dolaydım, mənim də ağ saçlarım olardı. O həsrətlə yaşamışam. Amma ağ saçları qaranın altında gizlədib, özümə ağsaqqal deyə bilmərəm. Hər bir yaşın öz gözəlliyi var”.    



                 

Digər Xəbərlər