Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı fotolarla müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, müğənni uzun kofta geyinib, amma ətəkdən istifadə etməyib. İfaçı Yeni il ağacı yanında foto çəkdirib. Onun ətəyinin qısalığını izləyiciləri tənqid ediblər.

Bir çoxları Dadaşovanın son günlər çox açıq-saçıq geyimlərdən istifadə etdiyini qınayıb. Brillianta "Deyəsən, şalvar və ya ətək geyinmək yadından çıxıb. Nə yaşınıza, nə də sənətinizə yaraşır bu geyim" kimi şərhlər yazılıb.





                 

Digər Xəbərlər