"Rəqqasəliyə qazanc kimi baxırdım" - Sevda kövrəldi

"Rəqqasəliyə qazanc kimi baxırdım" -  Sevda kövrəldi
2876 dəfə oxunub
  • A-
  • A
  • A+
"Anamı itirdim. Amma Allah onun yerinə övladlarımı verdi. Allah Ailəmi mənə çox görməsin, çünki çox xoşbəxtəm, sevirəm (ağlayır)".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva "Zaurla Günaydın" verilişində deyib. Sənətçi rəqqasəlikdən uzaqlaşmasından söz açıb:

"Rəqqasəliyə pis demirəm, o da bir sənətdir. Heç vaxt sevə-sevə rəqqasəlik etməmişəm. Bir qazanc kimi baxmışam. Müğənniliyə keçəndə yalvarırdım ki, Ay Allah, səsimi insanlar sevsin, rəqqasəlikdən canım qurtarsın. Şükür, canım qurtardı, müğənniliyimi bəyəndilər".