"Natavan kişi kimi qızdır, ona görə onu sevirəm"

"Natavan kişi kimi qızdır, ona görə onu sevirəm"
3147 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu söz-söhbətdən bezib-iyrənmişəm. Hamı elə danışır ki, elə bil yaxınımızdır. Mənim həyatımda baş verənlər başqasında nə dəyişir? Biz niyə bir-birmizin dalınca danışırıq? Millətin çox faizi yaxşıdır, amma az faizi ortada söz gəzdirirlər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri reper Dado Əliyev “Səhər-səhər” verilişində qonaq olarkən deyib. Müğənni Natavan Həbibi ilə ailəli olan sənətçi boşanma xəbərlərindən yorulduğunu söyləyib.

Proqram zamanı Dado Natavana sevgisindən söz açıb:

“Natavan mərd, kişi kimi qızdır. Qızlarla çox münasibətdə olmamışam. Ürəyimi oğurlayan ancaq mərd qız ola bilərdi. Özüm xaraktercə mərd, düzgün olmağı xoşlamışam. Onu çox sevirəm”.