Müğənni Səbinə Babayeva “Ey Azərbaycanım” mahnısının klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, tədbirdə sənətçinin yaradıcı heyəti ilə yanaşı, şoumen Murad Dadaşov da iştirak edib. Azərbaycanın incəsənət xadimlərinin, tarixi binalarının, Bakının qədim abidələrinin görüntülərindən ibarət olan ekran işinin ideyası S. Babayevanın özünə məxsusdur. Rejissorluğunu Vüqar İslamzadənin etdiyi klip 3D qrafikası ilə çəkilib. Sözləri Malik Fərruxa, musiqisi Mikayıl Vəkilova aid olan bəstə müğənninin repertuarında Azərbaycan haqqında olan ilk mahnıdır.
Qeyd edək ki, “Ey Azərbaycanım” bəstəsini bir vaxtlar “Karvan” qrupu ifa edib.