Nazpərini zəhərləmək istəyiblər

Nazpərini zəhərləmək istəyiblər
549 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nazpəri Dostəliyeva özü ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, "Şou ATV" proqramında qonaq olan müğənni onu toyda zəhərləmək istədiklərini söyləyib:

"Moskvada sürücüm eşidib ki, artıq plan qurulub, məni zəhərləmək istəyirlər. Kimsə bunun qarşılığında hətta böyük məbləğdə pul da alıb. Sürücüm ayaqyolunda olub, onu tanımadıqları üçün danışırmışlar. Toyda mahnı oxuyanda sürücüm gəlib dedi ki, stolun üstündən bir stəkan belə su götürüb içməyin.

Birinci başa düşmədim, ağlıma belə şey gəlməzdi. Daha sonra hər şey məlum oldu. Bilirəm ki, mənə qarşı kim bunu edib. Səsi verən Allahdır, ay bəndə, sən nə edə bilərsən? Bu, mənim üçün təəccüblü bir şey deyil. Yaxşı sənətkarı məhv etmək istəyirlər".