"Nişanlım bunu bir daha sübut etdi" - fotolar

"Nişanlım bunu bir daha sübut etdi" - fotolar
3853 dəfə oxunub
  • A-
  • A
  • A+
Azəri qızı Günel cəbhə bölgəsində konsert verəcək.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, müğənni mətbuat nümayəndələrini başına toplayaraq yaradıcılıq planlarından söhbət açıb:

“2014-cü ildə Azərbaycan xalqı məni tez-tez görəcək. Bu il albomum işıq üzü görəcək, bir ay orada reklam olacaq, bu müqavilənin şərtlərindən biridir. Daha sonra albomumu götürüb vətənimə gələcəm. Cəbhə bölgəsində olan rayonda konsert verəcəm. Mən qarabağlıyam, məcburi köçkünlərin bir gözü gülsə də, digər gözü daim yaşlıdır. Onların da əylənməyə, sevinməyə daim haqları var. Bu konsertlərimlə onlara sevinc bəxş edəcəm”.

Konfransın ən yadda qalan hadisəsi isə müğənninin nişanlısının ona sürpriz olaraq qızılgüllər göndərməsi olub. Günel nişanlısının sürprizinə təəccübləndiyini bildirib:

“Nişanlım da Bakıda idi, onu Türkiyəyə yola saldım. Şəxsi həyatımdan söhbət açmağı sevmirəm. Gül göndərəcəyindən xəbərim yox idi, Türkiyədə olsa da, bu addımı ilə hər zaman yanımda olduğunu bir daha sübut etdi. Ona təşəkkürümü bildirirəm”.