Bu il də metroda şalvarsız səyahət etdilər - Fotolar

Bu il də metroda şalvarsız səyahət etdilər - Fotolar
1490 dəfə oxunub
  • A-
  • A
  • A+

Nyu-Yorkda hər il olduğu kimi bu il də “Şalvarsız metro günü” (“No Trousers Tube Ride") keçirilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün yüzlərlə insan metro ilə şalvar geyinmədən səyahət edib.

İlk dəfə 18 il bundan əvvəl insanları əyləndirmək üçün həyata keçirilən bu layihə hər il böyük maraqla davam edir.

İnsanlar üst hissədən papaq, şərf, ködəkçə geyinsələr də, şalvarsız metroya düşərək istədikləri ünvana yollanıblar.

Qeyd olunur ki, bu fəaliyyətin əsas məqsədi qəribə bir ənənəni əyləncəyə çevirmək və səyahət edənlərin üzündə təbəssüm yaratmaqdır.