Məşhurlar Nuranın təqdimatında "hoqqa çıxardı" - Foto+Video

Məşhurlar Nuranın təqdimatında "hoqqa çıxardı" - Foto+Video
3721 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün müğənni Nura Suri paytaxt məkanlarının birində "Dönmək olmur" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Axşam.az xəbər verir ki, ifaçının xoş gününə onun sənət yoldaşları da qatılıb.

Belə ki, xalq artisti Brilliant Dadaşova, müğənnilər Səidə Sultan, Sevda Yahyayeva, Vüsal Hacıyev, aparıcılar Samir
Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov, stilis Elnur Həsənov, vizajist Nigar İbrahimova və digərləri təqdimat mərasiminə gələrək Nuraya dəstək olub.

Media nümayəndələrininin də iştirak etdiyi tədbirdə Suri bildirib ki, "Dönmək olmur" mahnısına çəkdirdiyi klip "Gitme" adlı bəstəyə çəkilən ekran işinin davamıdır.

"Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə etmişik. Ümumilikdə klip üzərində 30-a yaxın adam çalışıb", - deyə sənətçi söyləyib.

Gənc müğənnilərin ifaları ilə davam edən tədbirdə daha sonra tort kəsilib. Bu anlar isə əyləncəli görüntülərə səhnə olub.

Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və aranjimanı isə Fərid Ağaya məxsusdur. Nuranın geyimlərini modelyerlər Elnarə Bəkirova, Aynur Xəlilova, Zümrüd Mirzəliyeva hazırlayıb.

Foto: Məhəbbət Nəsirov