Nazilə: "Məni ördəyə görə “Maşın” şouya çağırdılar" - Video

Nazilə: "Məni ördəyə görə “Maşın” şouya çağırdılar"  -  Video
3454 dəfə oxunub
  • A-
  • A
  • A+

Şairə Nazilə Səfərli açıqlaması ilə diqqət çəkib.

Axşam.az-a açıqlama verən sənətçi “Maşın” şouya qatılması ilə bağlı danışıb. O bildirib ki, hər şey sosial media hesabında paylaşdığı video ilə başlayıb:

“Mənə dedilər ki, 300 nəfərin arasından seçilmisən. Buna ilkin səbəb isə şam yeməyi üçün hazırladığım ördəklə bağlıdır. Onu hazırlayarkən qayınanam məni çəkirdi, mən də “Məni qatil eləmə, ördək” deyə xitab edirdim. Daha sonra həmin videonu İnstaqramda paylaşdım. Geniş rezonans doğurdu. “Maşın” şouya iştirakçı seçərkən isə məhz həmin video “M Group”un diqqətini çəkib. Yəqin fikirləşiblər ki, ördəyə bunu edən, iştirakçılara nələr edər”.

Qeyd edək ki, N.Səfərli “Maşın” şounun 17-ci mövsümündə ən qalmaqallı iştirakçılar arasında yer alırdı.