"Bizim şəhərdə sevgi azdır" - Səidə

"Bizim şəhərdə sevgi azdır" -  Səidə
934 dəfə oxunub
  • A-
  • A
  • A+

"Həmişə şəhərdə gedəndə insanlara baxmağı sevirəm. Baxıram və görürəm ki, bizim şəhərdə sevgi azdır. Hamı elə bil qorxur sevgisini göstərməyə. Başqa ölkələrdə əl-ələ sevgililər görürük. Sərbəstlik var. Bizdə nadir hallarda görmək olur. Bulvarda görəndə xoş gəlir ki, sevən insanlar var. Bəziləri də altdan-altdan yaşayır".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan "Show news" verilişinə açıqlamasında deyib. İfaçı sevgisizlikdən gileylənib: 

"Heç vaxt elə bir hərəkətim yoxdur ki, el içinə çıxmağa utanam və qorxam. Hamıya necə lazımdır sözümü deyə bilərəm. Hər yerə rahatçılıqla gedirəm. Kütlədən qorxmuram, əksinə sevirəm. İnsanlar görüb tərif deyəndə utanıram".

Səidə insanlar arasında gəzməyi sevdiyini söyləyib:

"Bizə ən yaxın türk şou-biznesidir. Orada məşhurlar taksi ilə də gəzə, rahat çıxıb müsahibə verə bilir. Biz özümüz də şöhrətpərəstik. Buna görə də çoxları özünə sığışdırmır. 

Bizim özümüzdə hamı kompleksə düşür. Adi konsertdə belə mən enerjini tamaşaçıya verirəm və onu da almaq istəyirəm. Almayanda insan narahat olur. Bizdə sərbəstlik yoxdur. Risk edib yaxınlaşmırlar".