Madonna "Eurovision 2019"da yer alacaq

Madonna "Eurovision 2019"da yer alacaq
791 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya ulduzu Madonna İsraildə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində dəvətli ulduz kimi çıxış edə bilər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müsabiqə nümayəndələri ilə müğənni arasında danışıqlar baş tutub. Madonna razılıq verib. Hazırda isə qonorarla bağlı söhbət aparılır.

Qeyd edək ki, “Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

Mahnı müsabiqəsinin şüarı “Dare to Dream” (“Arzularına sərbəstlik ver”) olacaq.